Çinin Uhan şəhərində Xiao Xiao adlı yeni doğulan qız 17 gün ərzində koronavirusdan öz-özünə sağalıb.

Unikal.org xəbər verir ki, uşağın valideynlərindən biri ölümcül koronavirusa yoluxmuşdu.

Dünyaya gələn körpə yuxarı tənəffüs yolları infeksiyası və ürəkdə kiçik komplikasiyalar ilə mübarizə aparırdı.

Virusun simptomları ağır olmadığı üçün həkimlər ona dərman verməməyə qərar veriblər.

Həkim Tszen Linkun uşağın vəziyyəti ilə bağlı bunları deyib:

"Onun tənəffüsündə çətinliyi yox idi, öskürmürdü. Hərarəti də normal idi. Biz yalnız onun miyokardiyal (ürək əzələlərində metabolik proseslərin pozulması) vəziyyətini müalicə etdik. 17 gün ərzində Xiao Xiaonun koronavirus testləri mənfi nəticə göstərdi. Körpə öz-özünə sağaldı”.

Qeyd edək ki, hazırda koronavirusdan sağalanların sayı 28 min nəfəri ötüb.