ABŞ-ın Kaliforniya ştatının Karson şəhərində yerləşən “Marathon Petroleum” yanacaq şirkətinin neft emalı zavodunda güclü yanğın olub.

Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın yanğınsöndürmə xidməti rəsmi “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilib ki, yanğın zavodda baş verən partlayışdan sonra meydana gəlib. Hazırda yanğınsöndürənlər yanğını nəzarətə götürməyə müvəffəq olsa da, onu tam söndürmək olmayıb. İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb.

Şirkətin saytında qeyd olunub ki, “Marathon Petroleum” gündə 3 milyon bareldən çox istehsal gücü ilə ölkənin ən böyük neft emalı sisteminə malikdir.