Bakıda quldurluq hadisəsi baş verib.

Unikal.org-un xəbərinə görə, hadisə fevralın 24-də, Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Rahil Əliyev saat 19 radələrində, "Azadlıq" prospekti, 55 ünvanının qarşısında özünə məxsus "VAZ-21012" markalı avtomobillə taksi fəaliyyəti aparan zaman bir nəfər şəxs onu sözlə hədələyib. Bu zaman həmin şəxs R.Əliyevin 100 manat dəyərində mobil telefonunu və 25 manat pulunu götürüb, hadisə yerindən qaçaraq uzaqlaşıb.

Daha sonra R.Əliyev Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarına müraciət edib.

Faktla bağlı raşdırma aparılır.