Bakı şəhəri, Nərimanov rayonu Gülarə Qədirbəyova küçəsində yerləşən 17 mərtəbəli binada yanğın olubb.

Unikal.org-un hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, hadisə binanın 5-ci mərtəbəsində baş verib. Hadisə yerinə polis, yanğın söndürən və xilasetmə briqadası cəlb edilib.

***

Məlumata görə,  mənzildə heç kim olmayıb. Əraziyə cəlb edilən FHN əməkdaşları evə xüsusi texnika ilə eyvandan daxil olublar. Alovun qarşısı alınıb.

Hazırda yanğının səbəblərini araşdırılır.