Bakıda şagirdlərin maraqlı addımı görənləri kövrəldib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Əhməd Zeynallı adına 302 saylı tam məktəbdə dərsarası fasilə zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bu zaman şagirdlərin hamısı hərəkətini dayandıraraq himni səsləndirməyə başlayıblar. Məktəblilərin dövlət himninə reaksiyası hər kəsin böyük marağına səbəb olub.