Hindistanda hərbi təyyarə təlim zamanı qəzaya uğrayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "MiG-29K" təyyarəsi bu gün günorta saatlarında qəzaya düşüb. Pilot isə özünü xilas edə bilib. Onun vəziyyətinin yaxşı olduğu bildirilib. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.