Şabran rayonunun Uzunboyad kəndində “Mazda” markalı yük avtomobili və “QAZ” markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.