Kanadanın Montreal şəhərində dəhşətli qəza baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, güclü qar yağması səbəbindən baş verən qəza hadisəsində 200 avtomobil bir-birinə girib. 50 avtomobil yarasız hala düşüb. Qəzaya düşən nəqliyyat vasitələri arasında məktəb servisi və içərisində partlayıcı maddə olan tanker olduğu da bildirilib. Polis tərəfindən edilən açıqlamada servisdə şagirdlərin olmadığı məlum olub. 

Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 70 nəfər isə xəsarət alıb. Yaralılar yaxınlıqda yerləşən 3 xəstəxanaya yerləşdirilib.