Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin oğlu FHN-də çalışır.

Unikal.org-un əldə etdiyi məlumata görə, Məhərrəm İsmayıl oğlu Vəliyev FHN-nin  Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin yüksəkvəzifəli əməkdaşıdır.

Qeyd edək ki, həbs olunan icra başçısı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın dostudur.

Orxan Həsənli