Bakının Xəzər rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər.

Səhər saat 08:40-da Binə qəsəbəsi ərazisində “VAZ-21015” markalı avtomobil yolu keçən qadını vurub.

Ağır xəsarət alan qadın maşına mindirilərək aparılıb.

Hadisənin görüntülərini təqdim edirik.