Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsindən daxil olmuş müraciətlərə baxılıb.
Unikal.org-un məlumatına görə, iclasda müraciətlərin araşdırılması üçün DSK-ya göndərilməsinə qərar verilib.
***
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.
Unikal.org xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.
MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.
Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.