Türkiyənin Uşak bölgəsində Yusuf Ertoğrula aid şirniyyat evinə “Molotov kokteyli" ilə hücum təşkil edilib.

Unikal.org xəbər verir ki, hücumla bağlı polis araşdırnmaya başlanılıb. Nəticədə iş yeri sahibinin qardaşı və onun "Əlzəm" adlı Azərbaycan əsilli dostu saxlanılıb.

Məlumata görə, fevralın 13-də gecə vaxtı 2 nəfər Mimarsinan Küçəsindəki şirniyyat evinə və onun qarşısında dayanan 64 DK 844 nömrəli yüngül yük avtomobilinə hücum edib.

Nəticədə iş yerinə və avtomobilə ciddi ziyan dəyib.

İstintaq zamanı məlum olub ki, Y.Ertoğrul bir müddət öncə qardaşı Bülent Ərtoğrulun bıçaqlı hücumuna məruz qalıb.