“Biz əslində seçki nəticələrinin ləğv olunmasına meylliyik”.

Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, MSK-ya daxil olan bütün şikayətlər yoxlanılır və geniş şəkildə araşdırılır: “Təsdiqini tapan hər bir məsələ ilə bağlı ölçü götürülür”.

“Biz pozuntularla bağlı məsələləri seçki prosesi başa çatandan sonra araşdırmağa davam edəcəyik. İstənilən halda seçki komissiyaları bunların baş verməsinə görə günahkardır".