Bakıda yataqxanada yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, şəhərinin Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 12 m² olan otaqda ev əşyaları yanıb.

Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.