Kanadada qəribə hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, kanadalı cütlüyün yemək bişirmək üçün aldıqları bibərin içərisindən canlı qurbağa çıxıb. Onlar bibəri alarkən xüsusi ilə ən yaxşılarını seçdiklərini və həmin zaman bibərin üzərində heç bir deşik olmadığını bildiriblər. Qurbağanın bibərin içərisinə necə girdiyi isə hər kəsə sirr olaraq qalıb. 

Kanada Kənd Təsərrüfatı Nazirliyi bu məsələni araşdırmaq üçün qurbağanı öldürüb. Mütəxəssislərdən biri qurbağanın hələ inkişafının ilk mərhələlərində olarkən şiddətli yağış nəticəsində bibərin içərisinə girdiyini iddia edib. Bəzi mütəxəssislər isə bibərin üzərində cütlüyün fərqinə varmadığı çox kiçik bir deşik ola biləcəyi fikrini irəli sürüblər.