REAL Təhlil və İnformasiya Mərkəzi teleaparıcı Afət Telmanqızı və İlqar Mikayıloğlu ilə də yollarını ayırıb. 

Unikal.org-un məlumatına görə,  buna səbəb onların sosial şəbəkələrdə 9 fevral seçkilərində baş verən qanun pozuntuları barədə paylaşımlar etməsidir.

Afət Telmanqızı Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərində namizəd kimi iştirak etdikdən sonra yenidən Real TV-də müqavilə bağlamaq təklifini gözləyib. Lakin bu gün ona bildirilib ki, müqavilə yeniləməyəcək.

RealTV-nin A.Telmanqızı ilə müqaviləni yenilənməməsinə səbəb kimi, namizəd olduğu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən qanunsuzluqları sosial şəbəkədə ictimailəşdirməsi olub. 

Eyni zamanda İ.Mikayıloğlu həyat yoldaşı Zülfiyyə Bayramovanın namizəd olduğu 81 saylı Beyləqan seçki dairəsindən saxtakarlıqları sosial şəbəkədə yayımladığı üçün işini itirməli olub.

Orxan Həsənli