Gürcüstanın tanınmış kinorejissoru, aktyoru, xalq artisti Giorgi Şengelaya vəfat edib.

Unikal.org  xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, G.Şengelaya 1937-ci ilin mayın 11-də Moskavada anadan olub. Kinorejissor ilk “Alaverdoba” filmini 1962-ci ildə çəkib. Onun son ekran əsəri 2005-ci ildə lentə aldığı “Və qatar gedirdi” filmi olub.

G.Şengelaya bir sıra filmlərdə yaddaqalan obrazlar da yaradıb və rejissor kimi beynəlxalq mükafatlara layiq görülüb.