Rusiyada yaşayan tanınmış azərbaycanlı vəkil vəfat edib.
Unikal.org
apa-ya istinadən xəbər verir ki, bu gün Rusiyadakı Azərbaycan diasporunun fəal üzvü  Nizami Bəşirov uzun sürən xəstəlikdən sonra  dünyasını dəyişib.
1968-ci il təvəllüdlü Nizami Yaşar oğlu Bəşirov Rusiyadakı azərbaycanlıların ictimai-siyasi həyatında aktiv iştirak edib. Vəkillik fəaliyyəti ilə məşğul olan Nizami Bəşirov Moskvanın "Bəşirov və tərəfdaşları" vəkillər kollegiyasına rəhbərlik edib.