ReAl Partiyanın sədri İlqar Məmmədov polis tərəfindən saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə partiya üzvləri məlumat yayıblar.

Bildirilir ki, onun saxlanılmasına səbəb bu gün saat 15:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında keçirilməsi nəzərdə tutulan etiraz aksiyası ilə əlaqədardır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq.