Gəncədə dəm qazından zəhərlənmə olub.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Sadıqova Günel Hafiz qızı yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib.

Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.