Azərbaycanda 5 yaşlarında olan uşağın avtomobil idarə etməsi müzakirələrə səbəb olub.

Unikal.org xəbər verir ki, videonun Bakı kəndlərinin birində qeydə alındığı iddia olunur.

Belə ki, ata azyaşlı övladını qucağına qoyaraq, sükanı ona həvalə edib. Azyaşlı bundan sonra “Ford” markalı yük maşınını idarə etməyə başlayıb.

Bundan başqa uşağın ayağı pedallara tam çatmır. Görüntü sosial şəbəkələrdə də ciddi müxzakirələrə səbəb olub. İnsanlar azyaşlının avtomobil idarə etməsini valideyn məsuliyyətsizliyi kimi qiymətləndiriblər.

Famil Fərhadoğlu