Mərkəzi Seçki Komissiyasının fevralın 15-də keçirilən iclasında 77 saylı Astara seçki dairəsindən namizəd olan Rəşad Həsənov və digər namizədlərin şikayətlərinə baxılıb.

Unikal.org xəbər verir ki, məsələ barədə danışan MSK-nın üzvü Validə Kazımova bildirib ki, MSK hər üç namizədin şikayətinin eyni məzmunda olmasını əsas gətirərək, onların hamısına baxıb.

“Araşdırma prosesində iddia edilən qanun pozuntuları öz təsdiqini tapmayıb və şikayət nəticəyə təsir etməyib. Beləliklə, MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrinin qüvvədə qalması ilə bağlı qərar qəbul edib”, - deyə V.Kazımova bildirib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Rəşad Mahmudovdur.