Seçki məntəqələrdə baş verən pozuntularla bağlı dairə seçki komissiyalarına müraciət etmək lazımdır.

Unikal.org-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. O qeyd edib ki, şikayət verən bəzi namizədlər narahatdır:

“Amma onların narahatlığına heç bir əsas yoxdur. Məntəqələrdə baş verən pozuntularla bağlı isə məsələlərə DSK-larda baxılır”.