Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

Unikal.org-un məlumatına görə, saat 14:00-da MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçiriləcək iclasda bir sıra məsələlər müzakirə ediləcək. 

Həmçinin fevralın 13-də keçirilən iclasda 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər yenidən baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib. MSK bunların bəzilərindən daxil olan müraciətlərə baxılacağı gözlənilir: 

Araşdırılan 10 seçki dairəsi: 

- 91 saylı Ucar seçki dairəsi

- 81 saylı Beyləqan seçki dairəsi 

- 72 saylı Yardımlı-Masallı seçki dairəsi

- 95 saylı Tərtər seçki dairəsi

- 42 saylı Sumqayıt ikinci seçki dairəsi

- 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi

- 15 saylı Yasamal birinci seçki dairəsi

- 28 saylı Sabunçu üçüncü seçki dairəsi

- 79 saylı İmişli seçki dairəsi 

- 60 saylı Salyan-Neftçala seçki dairəsi

Elvin Rüstəmov