Koronavirus daha bir ölkədə aşkarlanıb.

Unikal.org xəbər verir ki, Misir Səhiyyə Nazirliyi tərəfindən ölkədə ilk yeni tipli koronavirus aşkar edildiyi məlumatı yayılıb. Virusun aşkarlandığı xəstənin əcnəbi vətəndaş olduğu və xəstəxanada karantinə alındığı qeyd olunub. 

Çinin Uhan şəhərindən dünyaya yayılan bu dəhşətli virusdan ölənlərin sayı son olaraq 1381 nəfər olaraq açıqlanıb.