Fevralın 14-də  Gənclər və İdman  naziri  Azad  Rəhimov   Abşeron rayonunda 20-ə yaxın  vətəndaşı  qəbul  edib. 

Unikal.org xəbər verir ki, nazirə edilən müraciətlər sırasında “Gənclər evi”nin tikintisi, idman qurğularının avandanlıqla təmin olunması,  fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, eyni zamanda, işlə təminat olub.

Müraciətlərin  bir  qismi  yerindəcə  həll  edilib. Nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlər isə qeydə alınıb və  aidiyyatı   üzrə göndəriləcək.   Digər müraciətlər isə   baxılması  üçün icraya  yönəldilib.