Bakıda narkotik vasitə satan şəxs saxlanılıb.

Unikal.org-un xəbərinə görə, hadisə paytaxtın Nizami rayon ərazisində qeydə alınıb.

Belə ki, Nizami Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü C.Quliyevdən 325 qram heroin, ona psixotrop maddəni satan 1985-ci il təvəllüdlü R.Məmmədovdan isə 221 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.