Xəbər vermişdik ki, Türkiyəli mütəxəssis Abdullah Avcı Azərbaycan milli komandasının baş məşqçi postuna namizəddir.

Unikal.org xəbər verir ki, 56 yaşlı mütəxəssis artıq qərarını verib. Bu barədə “TRT Spor” telekanalının əməkdaşı məlumat yayıb. Məlumatda, Avcının Azərbaycan millisindən gələn təklifə “yox” cavabı verdiyi bildirilir.

Avcının hazırda istirahət etdiyi və yığmada çalışmaq istəmədiyi bildirilib.

Xatırladaq ki, son olaraq “Beşiktaş”ı çalışdıran Avcı, hazırda işsizdir.