Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Zakir İsmayılov və həyat yoldaşı Nəzakət İsmayılovaya cəza verilib.

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki. dövlətə xəyanətdə ittiham olunan cütlüyə Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanov hökm oxuyub.

Məhkəmənin hökmü ilə Z.İsmayılov 19 il, N.İsmayılova 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin tərəflər bu cəzadan narazı qalaraq apellyasiya şikayəti veriblər.

Eyni zamanda, Baş Prokurorun müavini - Azərbaycan Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev cəzanın ağırlaşdırılması üçün protest verib.

Hazırda hər iki tərəfin şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında baxılır.

Fevralın 11-də keçirilən baxış iclası fevralın 25-nə təxirə salınıb.