İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatında mübarizəyə 1/4 finaldan qoşulan Azərbaycan idmançısı Eldəniz Əzizli erməni rəqibini məğlub edərək adını yarımfinala yazdırıb.

Unikal.org xəbər verir ki, finalın bir addımlığında Bolqarıstan güləşçisi ilə qarşılaşan E.Əzizli ilk hissəni 5:0 öndə tamamlasa da, yekunda məğlubiyyətdən xilas ola bilməyib.

İkinci yarış günündə İtaliya güləşçisini sınağa çəkən azərbaycanlı idmançı elə ilk hissədə tam üstünlüklə qələbə qazanaraq karyerasında 3-cü dəfə qitə birinciliyinin bürünc medalını boynundan asıb.