Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz 200" markalı nəqliyyat vasitəsi ilə ölkəmizə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Unikal.org bu barədə Komitəyə istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı onun idarə etdiyi avtomobilin arxa oturacağının altında gömrük nəzarətindən gizlədilən 3626 ədəd müxtəlif adda protez diş, 260 ədəd stamotoloji ləvazimat aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.