Gədəbəy rayonunda fərdi yaşayış evində yanğın olub. 

Unikal.org xəbər verir ki, hadisə rayonun Düz Rəsullu kəndində baş verib.

Belə ki, həmin kəndin ərazisində ikimərtəbəli evdə başverən yanğın zamanı 1933-cü il təvəllüdlü Kifayət Qədim qızı Abbasova yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.