Bakıda itkin düşən 3 nəfər tapılıb.

Unikal.org-un xəbərinə görə, hadisə paytaxtın Xəzər, Nərimanov və Yasamal rayon ərazilərində qeydə alınıb.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində T.İbrahimov, Nəriman RPİ-nin 18-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Əhmədov və Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində P.Əbil tapılaraq ailələrinə təhvil verilib.

Hər üç faktla bağlı araşdırmalar aparılır.