Döyüş filmlərinin ulduzu çinli aktyor Ceki Çan bu dəfə xeyirxah addım ataraq bir ilkə imza atıb.

Unikal.org xəbər verir ki, dünyada böyük qorxu yaradan koronavirusun müalicəsini tapan şəxsə  1 milyon yuan təqribən 143 min dollar qiymətində  mükafatlandıracağını açıqlayıb. 

Belə ki, məşhur aktyor “Weibo” adlı sosial şəbəkəsində paylaşım edərək Çinin Vuhan şəhərində yayılan koronavirus xəstəliyinin müalicəsi üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu da  qeyd edib.