Abşeronda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Xırdalan şəhəri ərazisində əməliyyat keçiriblər.

Əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Qurbanov saxlanılıb. Ondan çəkisi 2,7 kiloqram heroin aşkar edilərək götürülüb.