Bakıda qəbirstanlıqdan oğurluq edilib.

Unikal.org-un xəbərinə görə, hadisə paytaxtın Pirallahı rayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs Pirallahı qəsəbə sakini S.Vladimiroviçin anasına aid qəbrinin yanında olan dəmir hasarları oğurlayıb.

Daha sonra S.Vladimiroviç Pirallahı Rayon Polis Şöbəsinə müraciət edib.

Müraciət üzrə polis əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində qəbirstanlıqdan oğurluq etməkdə şübhəli bilinən, paytaxt sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Adil Rzayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.