Azərbaycanda koronavirusla bağlı İşçi qrupu yaradılıb. 

Unikal.org xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetində keçirilən müşavirədə qərar qəbul olunub. 

Müşavirədə Səhiyyə nazirinin rəhbərliyi ilə və aidiyyəti qurumların iştirakı ilə İşçi qrupunun yaradılması qərarı qəbul edilib.

Baş nazirin sədrlik etdiyi müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.

Bundan başqa, Azərbaycanın səhiyyə ocaqlarında koronavirusla bağlı qaynar xətlərin yaradılması ilə bağlı da qərar qəbul edilib.