Müdafiə Sənayesi Nazirliyinə məxsus “Neftqazavtomat Elmi İstehsalat Müəssisəsi” MMC-nin direktoru Malik Məmmədov vəzifəsindən azad edilib.

Unikal.org “Report”a istinadən xəbər verir ki, onu Rasim Gözəlov əvəz edib.

Yeni direktor bundan əvvəl Nazirliyin tabeliyindəki “Avia-Aqreqat Zavodu” MMC-nin direktor müavini olub.