YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev seçki prosesinə müdaxilə edir, digər namizədlərin görüşlərində iştirak edən şəxslərə təzyiq göstərir.

Bu barədə Unikal.org-a 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən bitərəf olaraq seçkilərə qatılmış deputatlığa namizəd Faiq Kərimov məlumat verib. F. Kərimov bildirib ki, onun görüşlərində iştirak edən seçicilər YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev tərəfindən çağırılaraq təzyiq göstərilir: “Belə ki, onlara mənim görüşlərimdə iştirak etməməklə bağlı xəbərdarlıq edilir və həmin şəxslər işlərini itirməklə hədələnir.”
Xatırladaq ki, Prezident İlham Əliyev ölkədə keçirilən seçkilərə məmurların və digər şəxslərin müdaxiləsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıq edib və qanunsuz hərəkətlərə yol veriənlərin ciddi şəkildə cəzalandırılacağını deyib.

Elvin Rüstəmov