Azərbaycan Turizm və Menecment Universitetinin(ATMU) Turizm biznesi, Menecment və İngilis dili kafedralarının müəllimləri Bakı Biznes Universitetində (BBU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqamının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişafı, EQAC” layihəsi çərçivəsində təlimlərə qatılıblar. 

Unikal.org xəbər verir ki, beləliklə “Turizm işinin təşkili” ixtisası üzrə ATMU-da icrasına start verilənpilot layihənin təmsilçiləri- Samirə Əmirova, Rəna Ağasıyeva, Cabir Feyzullayev və Fuad Cabbarov Litvanın SMK Tətbiqi Sosial Elmlər Universitetinin təhsil eksperti xanım İnga Juknyte-Petreikienin apardığı təqdimat-sessiyalarda Avropanın təhsil təcrübəsi ilə tanışlıq imkanı qazanıblar. 

 ATMU əməkdaşları“Tələbə yönümlü təhsil”, “Avropa təhsil məkanında AST standartları”, “Mənimsəmə nəticələri və kompetensiyalar”, “Tədris və qiymətləndirmə”adlı sessiyalar zamanı verilənpraktik tapşırıqların icrası mərhələsindəşəxsi tədris metodoloqiyalarını diqqətə çatdırıblar.Pilot layihəüzrə keçirilən təlimdə ATMU-nunyeni sillabus forması xanım Juknyte-Petreikie tərəfindən yüksək qiymətləndirilib.