“BakuBus”un sərnişini avtobusa hücum edib.

Unikal.org xəbər verir ki, Badamdar qəsəbəsində naməlum sərnişin “BakuBus”a məxsus 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Faiq Məmmədovu döyüb.

Naməlum şəxs daha sonra təpiklə vuraraq avtobusun şüşəsini sındırıb.

Hadisəni törədən şəxs saxlanılıb.