Xəbər verdiyimiz kimi, Gəncə şəhərində yetkinlik yaşın çatmayan hamilə qız doğuş həyata keçirib.

Unikal.org-un əldə etdiyi məlumata görə, faktla bağlı Gəncə Şəhər Polis idarəsində araşdırmaya başlanılıb. 2003-cu il təvəllüdlü Gəncə sakini olan qızın Göygöl rayonuna ərə getdiyi müəyyən olunub. Qızın 18 yaşı tamam olmadığı üçün onlar rəsmi nigaha girməyiblər. Onunla ailə həyatı quran şəxs isə polis şöbəsinə dəvət olunub onun və qızın valideynlərinin izahatı alınıb.

Qeyd edək ki, 2003-cu il təvəllüdlü, şərti adı N.Z olan şəhər sakini təcili tibbi yardım maşını ilə doğuş üçün xəstəxanaya aparılıb. O, xəstəxanaya çatdırılsa da “uşaq salma” olduğundan körpəsi dünyasını dəyişib.

Hazırda qadının vəziyyətinin kafi olduğu bildirilir.

Famil Fərhadoğlu