Əlverişsiz hava şəraiti ilə əlaqədar Nur-Sultan aeroportunda  14 uçuş təxirə salınıb, 11 uçuş ləğv olunub.

Unikal.org xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.

Təxirə salınan uçuşlardan 4-ü beynəlxalq istiqamətlərə - Urumçi, Daşkənd və Novosibirskə uçuşlardır.

Qazaxıstanda əlverişsiz hava şəraitinin davam etməsi ilə bağlı bir neçə gün ərzində də Nur-Sultan aeroportunda planlaşdırılan təyyarə reyslərinin ləğvi və təxirə salınması gözlənilir.