Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 1-4° isti, gündüz  7-10° isti, Bakıda  gecə 2-4° isti, gündüz  8-10° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 771 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz  60-70 % olacaq.  

Yanvarın 27-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 3° şaxtadan 2°-dək  isti, gündüz  6-11°  isti, dağlarda gecə 3-8° şaxta, gündüz  0-5° isti  olacaq.