Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ baş verən bölgəyə gedəcək.

Unikal.org xəbər verir ki, o, Elazığ şəhərində axtarış-xilasetmə işlərinin gedişatı və şəhərdəki vəziyyətlə tanış olacaq. 

Qeyd edək ki, ötən gecə Türkiyənin Elazığ və Malatya şəhərlərində 6,8 bal gücündə zəlzələ olub. Nəticədə 22 nəfər ölüb, 1031 nəfər yaralanıb. Şəhərdə axtarış-xilasetmə işləri davam etdirilir.