Əskişəhirdə qəribə hadisə yaşanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, kuryer Burak S. sifariş olaraq apardığı pizzanın paketini açaraq içərisinə tüpürüb və həmin anları mobil telefon vasitəsilə lentə alıb. O, daha sonra 5-ci mərtəbəyə qalxaraq sifarişi təslim edib. Sifarişi verən şəxslər isə daha sonra binanın təhlükəsizlik kamerasında kuryerin bu iyrənc əməlini görüblər. İşdən çıxarılan Burak S. insanların sağlamlığını təhlükə altına atması səbəbi ilə 4 min TL (1200 manat) təzminat ödəyib. 

Məhkəmə qarşısına çıxarılan kuryerin 18 illik həbs cəzasına məhkum edilməsi tələb olunub. Hələlik məhkəmə təxirə salınıb.