51 saylı Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Süleymanov dünən Qusar rayonu, Aşağı Ləyər kənd sakinləri ilə görüşüb.

Unikal.org xəbər verir ki, sakinlərlə baş tutan görüşdə seçiciləri narahat edən ən aktual mövzular çərçivəsində müzakirələr aparılıb.

Həmçinin, qusarlılar istənilən sual və problemləri ilə bağlı Qusar şəhər mərkəzində yerləşən seçki qərargahına gəlmələri barədə də məlumatlandırılıb.