Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.

Unikal.org xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü - Gənclər və İdman naziri Azad Rəhimov gənclərə dəvət ünvanlayıb:

“Əziz gənclər, “Yüksəliş” müsabiqəsinə qoşulmaqla uğurunuzu zəmanət altına almalı, xəyalınızdakı zirvəni hədəfləməlisiniz. Çünki hədəfinizə gedən ən yaxın yol məhz “Yüksəliş” müsabiqəsi olacaq”.

Daha ətraflı https://yukselish.az/