Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxacaq.

Unikal.org xəbər verir ki, Qurban Qurbanovun yetirmələri “Jetısu” klubu ilə qarşılaşacaq. Qazaxıstan təmsilçisi ilə görüş saat 18:00-da start götürəcək.

“Qarabağ” Antalyadakı ilk sınağında Rumıniyanın “Akademika Klinçeni” klubu ilə 2:2 hesablı bərabərə qalıb.

Yoxlama oyunu

22 yanvar

18:00 Qarabağ – Jetısu (Qazaxıstan)

Antalya, “Gloria Sereniti”