Türkiyədə bir nəfər yaralı halda xəstəxanalardan birinin qarşısına atılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mehmet Demirhan həkimlərin əllərindən gələni etmələrinə baxmayaraq həyatını itirib. 46 yaşlı adamın cinayətində təqsirli bilinən Cüneyit S. və Merve B. polis tərəfindən saxlanılıb.

Onlar mərhumu tüfənglə vurublar.